AZ

Ronaldo etirazı dayandırdı

Yazını böyüt
Yazını kiçilt

Portuqaliyalı furbolçu Kriştianu Ronaldo “Əl-Nəsr” klubu ilə məşqlərə qayıdıb. Səudiyyə Ərəbistanı futbol çempionatının növbəti turunda “Əl-Fəth”lə oyunda iştirak edəcək.

Hafta.az xəbər verir ki, bu haqda Portuqaliyanın "A Bola" qəzeti məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı futbolçuya və klubun əməkdaşlarına maaş üzrə yaranmış borclar ödənilib. Ronaldo komandasının ölkə çempionatında keçirdiyi son iki oyunu buraxmışdı.

"A Bola" daha əvvəl yazmışdı ki, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubun idarə olunmasından narazıdır.

Futbolçu hesab edir ki, transfer dövründə komanda lazımi səviyyədə gücləndirilməyib.

Seçilən
26
6
hafta.az

8Mənbələr