AZ

Konqoda mədəndə torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb

Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada torpaq sürüşməsi nəticəsində 10-dan çox insan həlak olub.

 

Bu barədə "Actualite" portalı məlumat yayıb.

 

Məlumata görə, uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil edildiyi şaxtada torpaq sürüşməsi baş verib.

 

Hadisə nəticəsində azı 11 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

 

Faciə fevralın 7-nə keçən gecə baş versə də, bu barədə məlumat yalnız indi yayılıb.

 

APA

Tarix: 10 Fevral 2026, 00:27   
Seçilən
37
4
pravda.az

5Mənbələr