AZ

Ndiaye Afrika Kubokunun finalında Brahim Diasın penalti vuruşuna görə tənqid edib

“Everton”un və Seneqal yığmasının hücumçusu İlymane Ndiaye Afrika Millətlər Kubokunun finalında “Real Madrid”in və Mərakeşin yarımmüdafiəçisi Brahim Diasın penalti zərbəsi ilə bağlı fikirlərini bildirib.

İdman.Biz bildirir ki, Seneqal əlavə vaxtda Mərakeşi 1:0 hesabı ilə məğlub edib. Əlavə vaxtın 24-cü dəqiqəsində Brahimin “panenka” üsulu penalti zərbəsini Seneqalın qapıçısı Eduard Mendi dəf edib. Zərbədən əvvəl penalti zərbəsi ilə bağlı mübahisə yaranıb və bu, Seneqalın meydanı tərk etməsinə səbəb olub.

“Özümə qarçı bir az hörmətsizlik hiss etdim. Demirəm ki, o, bizi təhqir etmək istəyib, amma bəlkə də baş verənlərdən sonra özünü göstərmək istəyib. Bilmirəm ki, mən belə bir riskə gedərdimmi. Lakin ölkəsinin kralı olmağına bir neçə dəqiqə qalmışdı. Onlar illərdir qalib gəlmirdilər və edə biləcəyimiz tək şey şansdan istifadə edib qol vurmaq idi.

“Öz-özümə düşündüm ki, 'Bəli, o, qol vura bilməyəcək, qol vura bilməyəcək”. Və o, vura bilmədi. Biz də reaksiya vermədik. Biz oynamağa davam etdik. Ona görə də niyə belə etdiyini başa düşmürəm, amma sevinirəm ki, etdi. Düşünürəm ki, bundan sonra qalib gələcəyimizi bilirdik”, - deyə “The Times” qəzeti Ndiayenin sözlərini sitat gətirir.

İdman.Biz
Seçilən
22
1
idman.biz

2Mənbələr