AZ

"Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 2, maddə 100, № 7, maddə 610, № 8, maddələr 743, 744) 32-ci maddəsinin on dördüncü - on altıncı hissələri müvafiq olaraq on beşinci - on yeddinci hissələr hesab edilsin və aşağıdakı məzmunda on dördüncü hissə əlavə edilsin:

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülür.".

Maddə 2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 609, № 8, maddə 741) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9-cu maddə üzrə:

2.1.1. 9.2-2-ci maddədə ikinci halda "maddəsində qeyd edilən məlumat" sözləri "və 9.2-5-ci maddələrində qeyd edilən məlumatlar" sözləri ilə, "orqanından" sözü "orqanının müəyyən etdiyi orqandan (qurumdan) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə" sözləri ilə əvəz edilsin; 

2.1.2. aşağıdakı məzmunda 9.2-5-ci və 9.5-ci maddələr əlavə edilsin:

"9.2-5. Kommersiya hüquqi şəxsləri üzrə aşağıdakı məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birbaşa Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınır:

9.2-5.1. nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrlə əlaqədar məlumatlar;

9.2-5.2. nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi ilə əlaqədar məlumatlar;

9.2-5.3. nizamnamə kapitalındakı payın yüklü edilməsi ilə əlaqədar məlumatlar; 

9.2-5.4. təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar.";

"9.5. Kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliyin olub-olmaması barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hesabatı kağız və ya elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidirlər.";

2.2. 11.4-1-ci maddənin birinci cümləsinə "alınması" sözündən sonra "(məhdud məsuliyyətli cəmiyyətin adının dəyişdirilməsi faktının elektron qaydada qeydiyyata alınması istisna olmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Seçilən
28
15
azerbaijan-news.az

10Mənbələr