AZ

Təhlükəsizliklə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsi gözlənilir -Zelenski

Ukrayna üçün təhlükəsizlik təminatları hiss edilən olunmalı və uzunmüddətli sülh üçün zəmin hazırlamalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.

"Həftə ərzində müdafiə, təhlükəsizliklə bağlı mühüm beynəlxalq tədbirlər olacaq. Biz mövqeyimizi Avropa və ABŞ-yə ətraflı şəkildə təqdim edəcəyik. Faktiki olaraq hər gün danışıqlar qrupumuz qarşıdakı görüşlərdə nəticə verə biləcək sənədlər və təkliflər üzərində işləyir", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, hər şey Ukrayna və tərəfdaşlarının işə köklənməsindən asılıdır.

"Sülh lazımdır, etibarlı təhlükəsizlik zəmanətləri sülhün bərqərar olması üçün yeganə real əsasdır ki, rusiyalılar əldə olunmuş razılaşmaları zərbələr və ya hibrid əməliyyatlarla pozmasınlar. Bu zəmanətlər hiss edilən olmalı və uzunmüddətli sülh üçün təməl hazırlamalıdır", - Ukrayna lideri vurğulayıb.

O həmçinin əlavə edib ki, təhlükəsizlik təminatları və Ukraynanın müharibədən sonrakı bərpası üzrə sənədlər artıq hazırdır.

Seçilən
22
4
redaktor.az

5Mənbələr