AZ

ABŞ Ermənistanda enerji sektoruna 9 milyard dollar investisiya yatıracaq -11 MİLYON DOLLARLIQ MÜŞAHİDƏ DRONLARI SATACAQ

"Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq saziş üzrə danışıqları başa çatdırdığını elan etməkdən qürur duyuruq".

 

Senzor.az bildirir ki, bunu bu gün ABŞ-ın vitse-prezidenti J.D. Vens İrəvanda Baş naziri Nikol Paşinyanla keçirilən brifinqdə deyib.

 

"Bu, həyata keçirildikdən sonra Amerika və Ermənistan şirkətləri üçün yeni layihələr üzrə əməkdaşlıq yolu açılacaq. Söhbət təxminən 5 milyard dollarlıq ilkin, daha sonra isə ikinci mərhələdə daha 4 milyard dollar investisiyadan gedir. Bu həm Ermənistan, həm də ölkəm üçün enerji təhlükəsizliyi, enerji sabitliyi baxımından qarşılıqlı faydalı bir vəziyyətdir. Əməkdaşlıq həm ABŞ-da, həm də Ermənistanda bir çox iş yerləri yaradacaq. Bu, kiçik modul reaktorlar deməkdir, yəni Amerika texnologiyaları bu ölkəyə gələcək. Ölkəmiz nadir hallarda başqa bir ölkəni konkret texnologiyalar ixrac etmək üçün kifayət qədər inamlı hiss edir və bu, Baş nazirinizin liderliyinə bir hörmətdir”, - deyə Vens qeyd edib.

 

ABŞ vitse-prezidenti Ermənistana 11 milyon dollar dəyərində müşahidə pilotsuz uçuş aparatılarının (PUA) satışı barədə yeni müdafiə sazişini də elan edib.

 

"Biz ilk dəfə olaraq böyük hərbi texnologiya satışını elan edirik: müşahidə dronları texnologiyalarına 11 milyon dollar", - o deyib.

 

Vens qeyd edib ki, bu dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq. ABŞ üçün isə bu həm də yeni iş yerləri və müdafiə texnologiyaları sektoruna investisiyalar deməkdir.

 

Paşinyan vurğulayıb ki, Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində mühüm irəliləyiş əldə olunub.

 

"Bu, müdafiəmizi gücləndirməyə mühüm töhfə verəcək. Ümid edirəm ki, ABŞ-ın xarici dövlətlərə hərbi texnika satışı proqramı çərçivəsində reallaşdırılan bu saziş gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün möhkəm əsas olacaq", - o qeyd edib.

Seçilən
24
1
senzor.az

2Mənbələr