AZ

Pezeşkianın çıxışı zamanı canlı yayımı dayandırdılar

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranda Prezident Məsud Pezeşkianın qatıldığı açılış mərasimində dövlət televiziyasının canlı yayımı qəfil dayandırılıb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, açılış mərasimi zamanı dövlət televiziyasının müxbiri Pezeşkiana müraciət edərək, “Biz canlı yayımdayıq. Vaxtınızı düzgün idarə etsəniz, minnətdar olarıq”, – deyib.

Bu ifadəyə reaksiya verən Pezeşkian isə “Yayımlamayın, fərqi yoxdur, öz işimizi görəcəyik”, – cavabını verib.

Prezidentin bu reaksiyasından dərhal sonra İran dövlət televiziyası mərasimin canlı yayımını dayandırıb.

Hadisə ölkə ictimaiyyətində və mediada geniş müzakirələrə səbəb olub. /Cebheinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
icma.az

3Mənbələr