Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan şəxs tutulub.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yerli büromuza bildirilib ki, tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Bizim.Media, Aran bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.