Bakı.Trend:
2025-ci il ərzində 3561 təhlükə potensialı obyektdə 37569 qurğuvə avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtibedilib. Aktlarda 14992 qayda pozuntusu qeydə alınıb, onların aradanqaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərgörülüb.
Trend xəbərverir ki, bu fikirləri bu gün FHN-nin Sənayedə İşlərin TəhlükəsizGötürülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi VüsalAğayev FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Götürülməsi və Dağ-MədənNəzarəti Dövlət Agentliyinin 2025-ci il ərzində fəaliyyətinə dairhesabatı zamanı səsləndirib.
Agentlik rəsmisi bildirib ki, ötən il təhlükəli vəziyyətdəistismar olunan 144 qurğunun istismarına qanunvericiliyə uyğunməhdudiyyət tətbiq edilib.
“Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə 5097 nəfərişçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiqtəsdiqedici sənədlər təqdim edilib. Edilən müraciətlərə uyğunolaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensialı obyektlərinvahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1087 ədədçıxarış təqdim edilib.
Təhlükə potensialı obyektlərdə istismar olunan texniki qurğu vəavadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14325 ədədtexniki təhlükəsizlik sertifikatı verilib.Qeydiyyata alınmışekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib”.
FHN rəsmisi əlavə edib ki, 2025-ci il ərzində müraciət edənşəxslərə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasınaburaxılması haqqında 3405 ədəd şəhadətnamə verilib.