AZ

Əcnəbilərin Azərbaycanın hansı rayon və şəhərlərindən mülk aldıqları məlum olub SİYAHI

Məlumat verdiyimiz kimi, 2021-2025-ci illər ərzində Azərbaycanda xarici ölkə vətəndaşları tərəfindən əldə edilmiş daşınmaz əmlakların sayı açıqlanıb. Həmçinin xarici ölkə vətəndaşlarının daşınmaz əmlakları Azərbaycanın daha çox hansı rayon və şəhərlərindən əldə etdikləri də məlum olub.  

Bu barədə Xezerxeber.az-ın sorğusuna cavaba olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. 

Rəsmi məlumata görə, 2021-2025-ci illər ərzində Azərbaycanda xarici ölkə vətəndaşları tərəfindən əldə edilmiş daşınmaz əmlakların 4317-si Bakıda yerləşir. Bundan başqa, əcnəbi vətəndaşlar daha çox Sumqayıt (451), Abşeron (260), Gəncə (186), Lənkəran (152), Qusar (128), Xaçmaz (122), Zaqatala (103), Astara (95), Quba (78) və digər şəhər və rayonlarında daşınmaz əmlak əldə ediblər.

Xezerxeber.az 2021-2025-ci illər ərzində Azərbaycanda xarici ölkə vətəndaşları tərəfindən əldə edilmiş daşınmaz əmlakların rayon və ya şəhərlər üzrə bölgüsünü təqdim edir.

Seçilən
68
xezerxeber.az

1Mənbələr