Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib.
Apasport.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən Murad İbrahimli Vüqar Manafova (1,5-0,5), Əhməd Əhmədzadə Allahverdi Həmidova (1,5-0,5), Vüqar Rəsulov Fərid Orucova (2-0) qalib gələrək növbəti mərhələyə adlayıb.
Rəqibini hər iki partiyada məğlub edən Aydın Süleymanlı, Eltac Səfərli, Şiroğlan Talıbov 1/8 finalda mübarizə aparmaq imkanı qazanıb. İlk görüşdə qələbə qazanan, cavab oyununda heç-heçəyə nail olan Məhəmməd Muradlı və Read Səmədov da adını növbəti mərhələyə yazdırıb.
1/16 final mərhələsinin iki oyunundan sonra qalib müəyyənləşməyən tərəflər arasında bu gün tay-brek oynanılacaq. Nicat Abasov-Şəmsi Qaraxanov, Ümid Aslanov-Xaqan Əhməd, Rəhim Qasımov-Məhəmməd Zülfüqarlı, Kamal Ağasiyev-Fərhad Tahirov, Xəzər Babazadə-Rəvan Əliyev və Misrətdin İskəndərov-Paşam Əlizadə arasında qalib bu gün baş tutacaq tay-brek oyunlarında müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Qadın şahmatçılar mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.
Azərbaycan çempionatının mükafat fondu bilindi
Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu
Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO