AZ

Azərbaycanın Merlər Razılaşmasında iştirakı onun qlobal iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirir - Səfir

Bakı. Trend:

Azərbaycanın Merlər Razılaşması təşəbbüsündə iştirakı milliinkişaf prioritetlərinə hörmət etməklə yanaşı, qlobal iqlimməqsədlərinə sadiqliyini nümayiş etdirir.

Trend xəbər verirki, bu barədə bu gün Avropa İttifaqının Azərbaycandakı səfiriMariyana Kuyundziç Bakıda Azərbaycanın Energetika Nazirliyitərəfindən Aİ ilə birgə təşkil olunan “Merlər Razılaşması”Təşəbbüsünə dair tədbirdə çıxışı zamanı bildirib.

"Merlər Razılaşması təşəbbüsü şəhərlərə liderlik nümayişetdirmək, iqlim öhdəlikləri götürmək və milli məqsədləri konkretaddımlara çevirmək üçün möhkəm zəmin yaradır. Merlər Razılaşmasınaqoşulan bələdiyyələr könüllü şəkildə istixana qazı emissiyalarınıazaltmaq, iqlim dəyişikliklərinə davamlılığı artırmaq, enerjisəmərəliliyini yüksəltmək və dayanıqlı həlləri inkişaf etdirməköhdəliyi götürürlər”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu, sadəcə siyasi öhdəlik deyil,məlumatlara əsaslanan planlaşdırma, iqlim üzrə fəaliyyət planları,beynəlxalq əməkdaşlıq, texniki ekspertiza və maliyyələşməimkanlarına söykənən praktik yol xəritəsidir.

“Sözügedən sazişdə Azərbaycanın iştirakı milli inkişafprioritetlərinə hörmət etməklə yanaşı, qlobal iqlim məqsədlərinəsadiqliyini nümayiş etdirir. Enerji sektoru emissiyaların ən böyükmənbəyidir, lakin eyni zamanda dəyişikliklər üçün ən böyükpotensiala malik sahədir. Əsas istiqamətlər sırasında ictimaibinaların, məktəblərin, xəstəxanaların və yaşayış evlərinin enerjisəmərəliliyinin artırılması, xüsusilə bələdiyyə infrastrukturundagünəş və külək kimi bərpa olunan enerji mənbələrinin inkişafı,həmçinin yerli paylayıcı şəbəkələrdə enerji itkilərinin azaldılmasıyer alır”, – deyə səfir vurğulayıb.

M.Kuyundziç qeyd edib ki, enerji səmərəliliyi təkcə iqlim həllideyil: bu, bələdiyyə büdcələrinin xərclərini azaldır, enerjitəhlükəsizliyini gücləndirir və ev təsərrüfatlarının elektrikenerjisi üzrə ödənişlərini aşağı salır.

Məqalədə:
Seçilən
77
az.trend.az

1Mənbələr