AZ

Nəriman Axundzadə ABŞ klubuna transfer olundu - RƏSMİ

"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunub".

Redaktor.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Bildirilir ki, mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Qeyd olunur ki, prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.

Seçilən
29
39
redaktor.az

10Mənbələr