AZ

"Dövlət təhlükəsizliyi orqanlarımız görünməz cəbhədə Azərbaycan xalqının təhlükəsizliyini qoruyurlar"

"Bizim dövlət təhlükəsizliyi orqanlarımız həm Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə görünməz cəbhədə Azərbaycan xalqının təhlükəsizliyini qoruyurlar".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputat Zahid Oruc bildirdi.

Onun sözlərinə görə, müxtəlif informasiya platformalarında, xüsusilə də süni zəka məhsulları vasitəsilə aparılan amansız kiber müharibələrə ən çox məruz qalan dövlət qurumlarından biri də məhz həmin qurumdur:

"Ənənəvi olaraq dövlət saytlarına edilən hücumlar, xüsusilə müdafiə və xarici siyasət sahəsində rəsmi portalların sındırılması və siyasi mesajların verilməsinə yönəlmiş addımlar, məlumat oğurluğu, kiber-psixoloji hücumlar mövcuddur. Həmkarlarım da qeyd etdilər ki, 27 milyon manatdan artıq vəsaiti əhatə edən fişinq hücumları və digər növ əməliyyatlar isə dövlətin müvafiq qurumlarından daha ciddi və mühüm addımlar atmağı tələb edir. Hesab edirik ki, Azərbaycanın ötən illər ərzində topladığı təcrübə ona imkan verir ki, konvensiya əməkdaşlığı yüksək səviyyədə həyata keçirsin, xüsusilə türk dövlətləri və digər aparıcı ölkələrlə birgə, qabaqcıl proqramlar vasitəsilə bu prosesi təmin etsin. Ona görə də biz bu konvensiyanı, hörmətli sədrimiz, şəxsiyyətin hüquqlarının qorunmasına xidmət edən sənəd kimi müdafiə edirik".

Nuriyyə NATİQQIZI

Seçilən
55
1
redaktor.az

2Mənbələr