BAKI, 10 fevral. TELEQRAF
“İlk dəfə idi ki, infarkt keçirirdi. Heç vaxt ağrıları olmayıb. Hətta Türkiyəyə gedəndə də ağrısı yox idi".
Teleqraf xəbər verir ki, bu fikirləri sabiq deputat Fəzail Ağamalının həyat yoldaşı Suqra İmanova vida mərasimində jurnalistlərə açıqlamasında deyib.
"Xəstəxanaya müayinə üçün getmişdi, amma xəstəxanaya da çata bilmədi, dünyasını dəyişdi. Heç nə arzulamıram. Bircə deyirəm – heyif… çox heyif ondan”, - deyə o bildirib.