AZ

Qurumlar yolu qazıb, sonra bərpa etməyib; sakinlər narazıdır VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Sumqayıtda yolun bərbad vəziyyəti sürücülərə çətinlik yaradır.

Sumqayıt şəhərində yol infrastrukturu ilə bağlı problemlər aktuallığını qoruyur. Şəhərin A.Quliyev küçəsi ilə Bakı küçəsinin kəsişməsində yerləşən yolun vəziyyəti uzun müddətdir ki, sürücülərin narazılığına səbəb olur.

Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə yol örtüyü ciddi şəkildə deformasiyaya uğrayıb. Asfalt qatında çoxsaylı çuxurlar yaranıb ki, bu da nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirir. Xüsusilə pik saatlarda həmin yolayrıcından keçən avtomobillər sürəti azaltmağa məcbur qalır, bu isə həm tıxacın yaranmasına, həm də qəza riskinin artmasına səbəb olur.

Sürücülər bildirirlər ki, yolun bərbad vəziyyəti avtomobillərin asqı sisteminə və təkərlərinə ziyan vurur. Yağışlı havalarda isə çuxurlar su ilə dolduğundan onların dərinliyini müəyyən etmək mümkün olmur və bu, əlavə təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur, lakin indiyədək yolun bərpası istiqamətində ciddi addım atılmayıb.  Qurumların yolda apardığı təmir işlərindən sonra infrastrukturu bərpa etməmələri sakinlərin hərəkətinə mane olur.

Eltac Zülfüqaroğlu

Oxunub 270

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
avtosfer.az

1Mənbələr