AZ

Deputat Milli Məclisdə məktəbdəki insidentdən danışdı

Bakı. Trend:

Çıxışımda son günlər Bakıda məktəblərdən birində baş verənxoşagəlməz hadisəyə toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllıtelefonlar, sosial media, internet oyunlarının uşaq vəyeniyetmələrin tərbiyəsinə mənfi təsiri gündən-günə daha daartmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbiliçalınmaqdadır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü CeyhunMəmmədov parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsizamanı deyib.

Millət vəkili bildirib ki, uşaq və yeniyetmələrin bu zərərlitəsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədəciddi düşünməyə ehtiyac var:

“Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədəsərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik.Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəstçıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyacvar”.

Deputat xatırladıb ki, artıq dünyanın bir sıra ölkələrində 16yaşadək uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərintətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Birsıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada artıq qərarvə qanunların qəbul olunmasına başlanılıb.

“Artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyacvar. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərinqarşısını almaq daha da çətinləşəcək. Heç şübhəsiz ki, bu məsələdəhəm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyətdüşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyəişinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdəolmalıdırlar”.

Məqalədə:
Seçilən
49
az.trend.az

1Mənbələr