AZ

Simonyan: Rusiyanın TRIPP-də iştirakı təsəvvürə sığmır –ÖZƏL

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın TRIPP layihəsində iştirakını mümkün hesab etmədiyini bildirib.

Olaylar.az xəbər verir ki, o, fevralın 10-da jurnalistlərlə söhbətində "Bunu necə təsəvvür edirsiniz? Bu, erməni-amerika şirkətidir", - deyə vurğulayıb. Simonyan qeyd edib ki, Ermənistan ərazisində hərəkət yalnız TRIPP çərçivəsi ilə məhdudlaşmır: "Məsələn, taxıl və ya yanacaq daşınanda bu TRIPP deyil".

Spikerin sözlərinə görə, Rusiya tərəfi layihənin genişləndirilməsi və digər istiqamətlərin daxil edilməsi ilə bağlı təklif irəli sürə bilər. O bildirib ki, TRIPP-ə bənzər mexanizm uzun müddətdir müzakirə olunur, lakin ABŞ ilə bu format prezident Donald Trampın təşəbbüsü və sülh prosesi çərçivəsində mümkün olub.

Simonyan əlavə edib ki, Rusiyanın mümkün iştirakı məsələsinə Amerika tərəfi, təbii ki, Ermənistanın razılığı ilə baxa bilər. Bununla belə, o, Rusiyanın diqqətini TRIPP üzərində cəmləməsinin düzgün olmadığını söyləyib: "Başqa yollar da var və onlar işləyir. Axı 100 ildir burada fəaliyyət göstərirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr