AZ

"Repetitorluğa ehtiyac qalmayacaq, müəllimlər də artıq şagirdlərə bullinq göstərməyəcəklər"

Zaman zaman təhsil sahəsində repetitorluq müəyyən müzakirə mövzusuna çevrilir. Bəziləri fərqli repetitor yanına gedən şagirdlərin qiymətlərinin müəllimlər tərəfindən ədalətli şəkildə verilmədiyini qeyd edirlər.

Bəs bu problemin həlli yolu nədir?

Redaktor.az təhsil eksperti Məzahir Məmmədlinin fikrlərini təqdim edir:

"Bu məsələ ilə bağlı təşəbbüs var. Artıq repetitorluğun aradan qaldırılması təşəbbüsü də mövcuddur ki, necə edək, bu gün həmin mexanizmlər axtarılır. Buna görə də qəbul qaydalarında müəyyən qədər yumşaqlıq və dəyişiklik olsa, repetitorluğa ehtiyac qalmayacaq. Müəllimlər də artıq şagirdlərə bullinq göstərməyəcəklər".

Aytəkin TOFİQQIZI

Seçilən
47
1
redaktor.az

2Mənbələr