AZ

Azərbaycan BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını ratifikasiya edən ilk ölkələrdən oldu

Fevralın 10-da Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsini qəbul edib.

Publika.az xəbər verir ki, bununla Azərbaycan Konvensiyanın ratifikasiyası prosesinə liderlik edən ölkəyə çevrilir.

Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.

“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.

Seçilən
8
3
publika.az

10Mənbələr