AZ

Fransa Prezidenti Avropa liderlərini Rusiyayla dialoqu bərpa etməyə çağırıb

Fransa Prezidenti Emmanuel Makron bir neçə Avropa ölkəsinin həmkarlarını Rusiyayla dialoqu yenidən başlatmağa dəvət etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Almaniyanın Suddeutsche Zeitung qəzetinə müsahibəsində Makron qeyd edib ki, bəzi ölkələr Rusiya ilə diplomatik məsləhətçilərin göndərilməsini hələ tez sayırlar. Prezidentin sözlərinə görə, onun fikri sadədir: “Müzakirələri başqalarına həvalə etmək istərikmi? Coğrafi mövqeyimiz dəyişməyəcək: Rusiyanı sevsək də, sevməsək də, o gələcəkdə də bizim qonşumuz olacaq.”

Makron əlavə edib ki, buna görə də Avropa ölkələri ilə rusiyalı həmkarlar arasında dialoqun bərpası təşkil edilməlidir, “naiv olmadan, Ukraynalılara təzyiq göstərmədən, lakin bu müzakirələrdə üçüncü tərəflərdən asılı olmamağı hədəfləyərək”.

Fransa Prezidenti bildirib ki, Moskva ilə dialoqu dekabr ayından etibarən bərpa etmək məqsədəuyğun olardı.

Seçilən
55
veteninfo.az

1Mənbələr