Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnstitutunun həyətindən göndərilən görüntülər ciddi suallar yaradır.
Milli.Az xəbər verir ki, videolarda təmir işləri aparıldığı bildirilən ərazidə tibb müəssisəsinə aid avadanlıq və digər əşyaların açıq havaya atıldığı görünür.
Hazırda həmin əşyalar yağış və qar altında, heç bir mühafizə olunmadan qalır.
Söhbət dövlətə məxsus tibb müəssisəsindən gedirsə, bu cür yanaşma dövlət əmlakına münasibətdə məsuliyyətsizlik təsiri bağışlayır.
Təmir aparılması normaldır, lakin bu proses zamanı avadanlığın və əmlakın qorunmaması onların sıradan çıxmasına, nəticədə isə dövlət vəsaitinin ziyan görməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı aidiyyəti qurumların xüsusilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və nəzarət orqanlarının vəziyyəti araşdırması və ictimaiyyətə aydınlıq gətirməsi vacibdir. Dövlət əmlakı sahibsiz deyil və onun taleyi cəmiyyət üçün önəmlidir.
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.