AZ

Bəzi Qərb dairələri üçün beynəlxalq hüquq prinsipləri hələ də selektiv şəkildə tətbiq olunur - Azər Qarayev

Bakı. Trend:

Son günlər Avropanın iki siyasi mərkəzindən - Paris və Bernşəhərlərindən gələn siqnallar bir daha göstərdi ki, bəzi Qərbdairələri üçün beynəlxalq hüquq prinsipləri hələ də selektivşəkildə tətbiq olunur. Fransa Senatının qəbul etdiyi mübahisəliqətnamə və İsveçrə parlamentinin üzvü Erik VontobelininErmənistandakı görüşlərdə səsləndirdiyi fikirlər təkcə diplomatikməsuliyyətsizlik deyil, həm də açıq-aydın şəkildə Azərbaycanınsuverenliyinə və beynəlxalq ədalət sisteminə qarşı yönəlmiş siyasidavranışdır.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Fransa Senatının son qətnaməsi xüsusilə təhlükəli presedentyaradır. Sənəd açıq şəkildə Azərbaycan məhkəməsi tərəfindən ağırcinayətlərə görə təqsirli bilinən şəxslərin azadlığa buraxılmasınaçağırış edir. Söhbət sadəcə siyasi fiqurlardan deyil - söhbətonilliklər ərzində Azərbaycan ərazilərində etnik təmizləmə aparmış,mülki əhaliyə qarşı zorakılıq törətmiş, müharibə cinayətlərindəittiham olunan və bütün bunlara görə artıq hüquqi hökm almışşəxslərdən gedir.

Bu insanlar "mübahisəli fiqurlar" yox, beynəlxalq hüquqa əsasənmüharibə cinayətkarlarıdır. Onlar Azərbaycanın suveren ərazilərindəqanunsuz silahlı birləşmələrə rəhbərlik etmiş, yüz minlərləazərbaycanlının doğma yurdlarından qovulmasında birbaşa iştiraketmiş şəxslərdir. Azərbaycan məhkəsi bu faktları sənədlərlə, şahidifadələri ilə və sübutlarla ortaya qoyaraq hüquqi qərarçıxarıb.

Belə olan halda Fransa Senatının bu şəxslərin azadlığaburaxılmasını tələb etməsi ikiüzlükdən başqa bir şey deyil. Parisfaktiki olaraq deyir ki, azərbaycanlıların hüquqları, məhkəmələrinqərarları və dövlətin ədalət sistemi onun üçün önəm daşımır. Bu isəFransa kimi özünü “insan hüquqları beşiyi” adlandıran ölkəninreputasiyası üçün ağır zərbədir", - o bildirib.

Onun sözlərinə görə, bu addımın təsadüfi olmadığı daaydındır.

"Fransa son illər açıq şəkildə Ermənistanın maraqlarını müdafiəedən siyasi xətt yürüdür. Ermənistanın hərbi məğlubiyyəti vəAzərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Parisdə qəbul edilmir.Ona görə də Fransa müxtəlif parlament qətnamələri, siyasibəyanatlar və diplomatik təzyiqlərlə status-kvonu geri qaytarmağaçalışır. Lakin bu, artıq mümkün deyil.

Eyni siyasi xəttin başqa bir forması İsveçrədə də özünügöstərir. İsveçrə parlamentinin üzvü Erik Vontobelinin Ermənistanasəfəri və orada özlərini guya hansısa "Dağlıq Qarabağ rəhbərliyi"kimi təqdim edən şəxslərlə görüşməsi beynəlxalq hüquqa açıqhörmətsizlikdir. Belə bir struktur mövcud deyil. AzərbaycanRespublikasının Konstitusiyasına, BMT Nizamnaməsinə və beynəlxalqtanınmış sərhədlərə görə Qarabağ Azərbaycanın tərkib hissəsidir.Orada heç bir “rəhbərlik”, “dövlət” və ya “subyekt” yoxdur və olada bilməz.

Vontobel bu görüşlə faktiki olaraq separatçılığa siyasilegitimlik verməyə çalışıb. Bu isə İsveçrə kimi neytral ölkəninparlament üzvü üçün son dərəcə təhlükəli və məsuliyyətsizdavranışdır. Daha da təəccüblüsü odur ki, o, "Qarabağ məsələsi hələbağlanmayıb" kimi ifadələr işlədib. Bu, Azərbaycanın ərazibütövlüyünə qarşı çıxmaqdır.

Halbuki Qarabağ məsələsi hərbi və hüquqi baxımdan artıqbağlanıb. Azərbaycan 2020-ci ildə və 2023-cü ildə beynəlxalqhüququn verdiyi haqq çərçivəsində öz ərazilərində suverenliyinibərpa edib. Ermənistan bunu tanıyıb. Dünya bunu tanıyıb. BMT, Aİ,ATƏT və digər qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bureallığı dəyişmək mümkün deyil", - o bildirib.

A.Qarayev qeyd edib ki, indi bəzi Avropa siyasətçiləri faktikiolaraq məğlub olmuş separatçı layihəni süni şəkildə diriltməyəçalışırlar.

"Onlar məhkəmə hökmü ilə təqsirli bilinmiş şəxsləri “siyasiməhbus” kimi təqdim edir, beynəlxalq ictimaiyyəti çaşdırmağaçalışırlar. Lakin fakt dəyişmir: bu şəxslər müharibə cinayətlərinəgörə məsuliyyət daşıyırlar. Əgər Fransa və İsveçrə doğrudan dainsan hüquqlarını və hüququn aliliyini müdafiə edirsə, onda onlarilk növbədə müharibə qurbanlarının – azərbaycanlıların hüquqlarınıdüşünməlidir. Otuz il ərzində yurdlarından qovulmuş, evləridağıdılmış, mədəni irsi məhv edilmiş bir xalqın ədalət tələbinigörməzdən gəlmək ikili standartların ən bariz nümunəsidir.Azərbaycan heç kimdən xüsusi imtiyaz istəmir. Azərbaycan yalnızbeynəlxalq hüquqa hörmət tələb edir. Məhkəmə qərarlarına hörməttələb edir. Dövlət suverenliyinə hörmət tələb edir. Fransa Senatıvə İsveçrə deputatı bilməlidir ki, Qarabağ artıq qayıdıb.Separatçılıq tarixə qovuşub. Cinayətkarlar isə gec-tez ədalətqarşısında cavab verirlər. Avropanın hansısa parlament zalındaqəbul edilən siyasi qətnamələr bu reallığı dəyişə bilməz", -politoloq əlavə edib.

Seçilən
58
1
az.trend.az

2Mənbələr