İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel “Nyukasl"ın baş məşqçi təyin oluna bilər.
QOL.az "TEAMtalk"a istinadən xəbər verir ki, İngiltərə millisindəki müqaviləsi başa çatdıqdan sonra Tomas Tuhelin “Nyukasl”a təyinatı gündəmdədir. Almaniyalı mütəxəssisin milli komanda ilə müqaviləsi 2026-cı il dünya çempionatının final mərhələsinin sonuna qədər qüvvədədir.
Mənbənin bildirdiyinə görə, hazırda “Nyukasl”ı çalışdıran Eddi Hounun mövsümün sonunda vəzifəsini tərk edəcəyi ehtimal olunur. Buna səbəb komandanın Premyer Liqada 12-ci pillədə qərarlaşması və azarkeşlərin narazılığıdır. Eddi Hau özü də klubun inkişafına töhfə verə bilməyəcəyini hiss edərsə, istefa verəcəyini açıqlayıb.
Qeyd edək ki, 52 yaşlı Tomas Tuhel məşqçi karyerası ərzində PSJ ilə iki dəfə Fransa çempionu, “Çelsi” ilə isə Çempionlar Liqasının qalibi olub. O, həmçinin Dortmund “Borussiya”sını və “Bavariya”nı çalışdırıb və Münhen klubu ilə 2022/23 mövsümündə Bundesliqa çempionluğu qazanıb.