525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Avropada geosiyasi və geoiqtisadi vəziyyət son dərəcə mürəkkəbdir”.
525.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "The Economist" də daxil olmaqla bir neçə nəşrə müsahibəsində bildirib.
O deyib ki, Avropa geosiyasi və geoiqtisadi fövqəladə vəziyyətlə üzləşib.
Makron hesab edir ki, qitədəki ölkələr iqtisadiyyatlarına daha fəal şəkildə investisiya qoymağa və daha sürətli iqtisadi inkişafa mane olan baryerləri aradan qaldırmağa başlamazlarsa, Amerika texnologiyası və idxal olunan Çin malları tərəfindən "kənara atılacaqlar".
Əlavə edib ki, inkişafı sürətləndirmək üçün çoxsaylı Aİ qaydaları və qanunlarını sadələşdirmək, təchizatçıları şaxələndirmək, polad, kimya və müdafiə kimi vacib Aİ sənayelərini qorumaq və innovasiyaya investisiyaları artırmaq lazımdır.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.