AZ

Xəzər dənizində zəlzələ olub

Xəzər

Bakı, 2 yanvar, AZƏRTAC

Yanvarın 2-də Qusar stansiyasından 63 kilometr şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 23:03-də qeydə alınan zəlzələnin maqnitudası 3.3-ə bərabər olub.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Seçilən
451
37
azertag.az

10Mənbələr