Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-li milyarder Mark Zukerberq "milyarderlər bunkeri" kimi tanınan nüfuzlu Mayami ərazisində daşınmaz əmlak alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, "Facebook"un yaradıcısı gəlir vergilərinin olmadığı Floridaya köçən supervarlı vətəndaşların sırasına qoşulacaq.
Qeyd olunur ki, məşhur iş adamı Biskeyn körfəzindəki süni "Indian Creek" adasındakı mülki ABŞ-nin fastfud şəbəkəsi "Jersey Mike's"ın qurucusu Piter Kankrodan alıb.
Əmlakın təxminən 8 000 kvadratmetr sahəyə və 150-200 milyon dollar qiymətə malik olduğu güman edilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.