AZ

Qurban Qurbanov: “Nəriman özündə deyildi, getməsi lazım idi”

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Qurban Qurbanov: “Nəriman özündə deyildi, getməsi lazım idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ABŞ-ın “Kolumbus Kru” klubuna keçmək üzrə olan futbolçusu Nəriman Axundzadə barədə danışıb.

QOL.az xəbər verir ki, bu gün Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” ilə matçdan (2:1) sonra Q.Qurbanov jurnalistlərə deyib:

“Nərimanın gedişi “Qarabağ” üçün ürəkaçan deyil. Sadəcə onun son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son iki ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki onun üçün yaxşı olsun. Son iki ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
qol.az

3Mənbələr