Rusiya Prezidenti Vladimir Putin bu il Qazaxıstana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin "Rossiya 24" telekanalına verdiyi müsahibədə bildirib:
"Prezidentimiz bu il Qazaxıstana təkrar səfər etməyi planlaşdırır. Tarixlər hələ müəyyən edilməyib, amma baş tutacaq".
Ötən il noyabrın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iki günlük səfərlə Moskvaya səfər edərək rusiyalı həmkarı Vladimir Putinlə qeyri-rəsmi görüş keçirmişdi. Kremlin sözçüsü Dmitri Peskov təkbətək görüşün üç saat davam etdiyini bildirmişdi.