AZ

Yaxın günlərdə Bakıda Azərbaycan-İran birgə dövlət komissiyasının iclası keçiriləcək

Bakı. Trend:

Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclasıbütün sadalanan əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsinəvə mövcud layihələrin icrasına müsbət töhfə verəcəkdir.

Trend-inməlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini ŞahinMustafayev bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ciilliyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığıninkişafından bəhs edərkən iqtisadi, ticarət və humanitar sahələrdəəməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini vurğulamaqyerinə düşər.

Mustafayev deyib ki, Prezidentlərin tapşırıqlarının icrasıçərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində — xüsusilə dənəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və digəristiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir.

"Bu layihələrdən bəziləri hazırda icra mərhələsində, bəziləritamamlanmaq üzrədir və bəziləri artıq icrası başa çataraqistifadəyə verilib. Prezident Məsud Pezeşkianın rəsmi səfəriçərçivəsində keçirilmiş Azərbaycan-İran biznes forumundaPrezidentlərin iştirakı hər iki ölkənin bu sahəyə verdiyi böyükəhəmiyyəti açıq şəkildə əks etdirir. Nəqliyyat-logistika sahəsindəəməkdaşlıq Azərbaycan–İran münasibətlərinin stratejiistiqamətlərindən biridir," — deyə o bildirib.

Seçilən
92
3
az.trend.az

4Mənbələr