AZ

Penisində batareya ilişib qalan kişi əməliyyat olundu

ain.az, Medicina portalına istinadən məlumatı açıqlayır.

Həkimlər penisində batareya ilişib qalan kişini xilas edib.

Medicina.az xəbər verir ki, 49 yaşlı kişi sidik kanalına batareya yerləşdirib və 24 saat orada saxlaya bilib. Bu, sidik axınını pozub və təcili tibbi yardım tələb edib.

49 yaşlı iranlı kişi tualetə getmək qabiliyyətini itirib və o, Tehrandakı Şəhid Beheşti Universiteti Tibb Mərkəzinə yerləşdirilib. Məlum olub ki, batareya sidik kanalında 24 saatdan çoxdur ilişib qalıb.

Xoşbəxtlikdən, həkimlər bu halda tələb olunan yüksək travmatik əməliyyat olmadan batareyanı çıxara biliblər və hətta kişini həmin gün xəstəxanadan çıxarıblar. Lakin bir neçə ay sonra o, şiddətli ağrı ilə geri qayıdıb. Məlum oldu ki, sidik ifraz edərkən çox xoşagəlməz yanma hissi keçirir və sidik axınının tam bərpası mümkün olmayıb.

Həkimlər patoloji prosesin konkret səbəbini bilmirlər, lakin bunun batareyanın özündəki zəhərli maddələr tərəfindən yaranmasından şübhələnir. Xəstəni yenidən bir əməliyyat gözləyir.

Aygün Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr