AZ

Sumqayıtda avtovağzal əməkdaşı iş başında dünyasını dəyişdi

Sumqayıtda avtovağzal əməkdaşı iş başında dünyasını dəyişib.

"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhər avtovağzalı ərazisində ölüm hadisəsi qeydə alınıb.

Məlumata görə, müəssisədə çalışan, 1967-ci il təvəllüdlü Xalid Alışanov iş prosesində olarkən qəfil özünü pis hiss edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib və kişi yerindəcə vəfat edib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.

Seçilən
28
6
olke.az

7Mənbələr