AZ

Ronaldo “daşı ətəyindən tökdü”, yeni FOTO paylaşdı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”in düşərgəsindən yeni foto paylaşıb.

O, daha əvvəl Səudiyyə Ərəbistanı çempionatında “Əl-Riyad” və “Əl-Ittihad”la oyunları buraxmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu Suveren Fond (PIF) tərəfindən “Əl-Nəsr”in idarə olunmasından narazı idi və klubun çempionluq uğrunda mübarizəsinin əngəlləndiyini düşünürdü.

O, həmçinin, Kərim Benzemanın “Əl-Hilal”a keçidinə də etiraz etmişdi, bunu rəqabətə zərər kimi qiymətləndirirdi.

Dünən isə Ronaldonun “üsyan”ı bitirdiyi bildirilib və klub işçilərin maaş borclarını ödəyib. O. bu gün düşərgədən paylaşdığı fotoda “Əl-Nəsr”i işarələyib.

Seçilən
26
sportinfo.az

1Mənbələr