AZ

Çətin dövr gəlir: hücuma məruz qalacağıq Paşinyanın adamı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bizi çətin dövr, təbliğat və hibrid hücumlar gözləyir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentin Avropa İnteqrasiyası üzrə Daimi Komitəsinin sədri və hakim Mülki Müqavilə Partiyasından olan millət vəkili Arman Yeqoyan 10 fevralda keçirilən parlament iclasında bildirib.

Onun fikrincə, sülh bərqərar olub, amma onu müdafiə etmək lazımdır.

O, 7 iyunda (Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ilə təyin edilib - red.) vətəndaşların hökumətin bütün nailiyyətlərini müdafiə edəcəyinə əminliyini ifadə edib.

O qeyd edib ki, əvvəllər Ermənistan müharibənin nə vaxt başlayacağını müzakirə edirdisə, bu gün müzakirə bu və ya digər ölkədən nüvə reaktoru almaqdan gedir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
axar.az

2Mənbələr