AZ

Kolumbiyada şiddətli yağışlar nəticəsində 22 nəfər ölüb

BAKI, 10 fevral. TELEQRAF

Kolumbiyada nadir hallarda yağan leysan yağışlar nəticəsində 22 nəfər ölüb, minlərlə ailə evlərini tərk etməyə məcbur olub.

Teleqraf xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Kolumbiya rəsmiləri bazar ertəsi günü Kordoba və Sukre departamentlərində 14 nəfərin öldüyünü təsdiqləyiblər. Bu departamentlərdə ən azı 9000 evə ziyan dəyib.

İlin bu vaxtında Kolumbiyada güclü yağış nadir hallarda olur.

Seçilən
39
2
teleqraf.com

3Mənbələr