AZ

Azərbaycan energetika sahəsində ABŞ-ın etibarlı tərəfdaşı kimi tanınıb

Bakı. Trend:

ABŞ regionun enerji təhlükəsizliyinin təmin olunmasındaAzərbaycanın etibarlı tərəfdaş kimi strateji rolunu qeyd edib.

Trend xəbər verir ki, bu,xüsusilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika BirləşmişŞtatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasınınmətnində öz əksini tapıb.

“Sənəddə deyilir ki, enerji təhlükəsizliyində etibarlı tərəfdaşkimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini tanıyaraq,Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları neft, qaz vəelektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığınıgenişləndirmək niyyətindədir.”

Tərəflər interkonnektorlar üzrə birgə layihələr, tədarükmarşrutlarının şaxələndirilməsi və mülki nüvə energetikasısahəsində əməkdaşlığın dərinləşdirilməsini planlaşdırırlar.

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasıfevralın 10-da Bakıda imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlhamƏliyev və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıblar.

Seçilən
116
az.trend.az

1Mənbələr