AZ

Kenan Yıldız: “Yuventus”da çox məmnunam” – ARENA.AZ

Türkiyə millisinin və “Yuventus”un sol cinah hücumçusu Kenan Yıldız İtaliya klubu ilə yeni müqavilə bağlamasına şərh verib.

Arena.az xatırladır ki, “Yuvnetus” rəhbərliyi “byankoneri”nun türk ulduzu, 20 yaşlı futbolçu Kenan Yıldızla müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

Türk ulduz “qoca sinyora” ilə əməkdaşlığını yeniləməsini şərh edib:

“Yuventus”da çox məmnunam. Özümü burada evdəki kimi hiss edirəm, ətrafımda ailəm var. Əminəm, yaxın gələcəkdə bizi qış uğurları gözləyir”, deyə Yıldız inamla bildirib.

Xatırladaq ki, Kenan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu meydana çıxdığı 116 oyuna çıxıb, 25 qola imza atıb və 19 məhsuldar ötürmə verib.

Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 26 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı türk hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
75
21
arena.az

10Mənbələr