AZ

Gəncədə yağan güclü yağışın fəsadları – VİDEO

Güclü yağış yenidən fəsad törədib. Həm də eyni ünvanda…

NOCOMMENT.az xəbər verir ki, Gəncənin Məhsəti qəsəbəsində – Müşfiq Adıgözəlov küçəsində sakinlər hər güclü yağışda olduğu kimi yenidən ciddi sınaqla üz-üzə qalıblar.

Sakinlər deyir ki, sözügedən ərazidə bu problem 3 ildir davam edir. Ötən yaz probelmin qarşısının alınması məqsədilə görüəln işlər isə səmərəsiz olub.

Məsələ ilə əlaqədar Gəncə ŞİH-dən bildirildi ki, Məhsəti qəsəbəsində intensiv yağışlar zamanı yağış sularının kənarlaşdırılması məqsədilə 400 metr uzunluğunda yeni drenaj xətləri çəkilib, 3 ədəd yağış barmaqlığı və nəzarət-baxış quyusu inşa edilib. Mövcud problem “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrasının başa çatmasından sonra tam həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
24
1
nocomment.az

2Mənbələr