AZ

Kimi Antonelli xəsarətsiz qəzadan sağ çıxdı

Formula-1 komandası “Mercedes” sürücüsü Kimi Antonellinin San-Marino yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

90deqiqe.Az komandanın rəsmi saytına istinadən xəbər verir ki,  şənbə axşamı Antonelli evinə yaxın ərazidə avtomobili ilə qəzaya uğrayıb:

“Polis hadisə yerinə Antonellinin zəngindən sonra gəldi. Qəzaya yalnız Antonellinin avtomobili qarışıb. Maşın zədələr alıb, lakin sürücü hər hansı xəsarət almayıb”

Xatırladaq ki, əvvəllər San-Marino yol qəzasının detalları da mətbuata çıxmışdı. Komanda və sürücünün vəziyyəti hazırda stabildir.

Seçilən
83
90deqiqe.az

1Mənbələr