AZ

“Neftçi” “Qəbələ”ni məğlub etdi - VİDEO

Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, turun son oyunu “Neftçi” ilə “Qəbələ” arasında keçirilib. Paytaxt təmsilçisi rəqibini tək qolla üstələyib.
 

Turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a (4:1), “Turan Tovuz” “Karvan”a (1:0), “Qarabağ” “Şamaxı”ya (2:1) qalib gəlib, “Sumqayıt” “Zirə”yə məğlub olub – 2:3. “İmişli” – “Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 0:0.


Misli Premyer Liqası

19-cu tur

10 fevral

“Neftçi” – “Qəbələ” 1:0

Qol: Emin Mahmudov, 12.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.

“Palms Sports Arena”, 19:00.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
93
22
bizim.media

10Mənbələr