İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edib.
"Far.Az" xəbər verir ki, təmsilçimiz qısa proqramda mübarizə aparıb.
Litvintsev 63,63 xalla hələ ki, 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışda ümumilikdə 29 idmançı iştirak edir. Onlardan ilk 24 yeri tutanlar sərbəst proqramda çıxış etmək hüququ qazanacaqlar.
Bu, V.Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən yarışda 18-ci yerlə kifayətlənmişdi.