AZ

Televizora və telefona baxaraq yatmağın zərərləri sadalandı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Televizora baxaraq və ya mobil telefonu açıq vəziyyətdə saxlayaraq yuxuya getmək sağlamlığa ciddi zərər verə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Mpls.St.Paul Magazine" məlumat yayıb.

Məlumata görə, bu cür yuxu orqanizmin bərpasına imkan vermir, əksinə, sinir sistemini tədricən yorur.

Alimlərin izahına görə, insan video izləyərkən yuxuya getdikdə beynin bir hissəsi yuxu rejiminə keçməyə çalışır, digər hissəsi isə səs və işıq siqnallarını emal etməyə davam edir. Nəticədə sinir sistemi həyəcan vəziyyətində qalır və bu, bədənin dərin, bərpaedici yuxuya keçməsinin qarşısını alır.

Qeyd olunur ki, belə vəziyyət melatoninin ifrazını azaldır, sirkadiyan ritmləri pozur və gecə saatlarında kortizolun (stres hormonu) səviyyəsini artırır.

Xəbərdə bildirilir ki, bu vərdiş uzunmüddətli perspektivdə xroniki yorğunluğa, immunitetin zəifləməsinə və idrak funksiyalarının pisləşməsinə səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
oxu.az

1Mənbələr