AZ

Diş çürüməsinin qarşısını alan möcüzə

Qara çayın fermentasiyası zamanı yaranan maddələr - teaflavinlər dişləri kariesdən qoruya bilər.

Publika.az xəbər verir ki, bu barədə "Food & Function" (F&F) jurnalında dərc olunan araşdırma deyilir.

Alimlər müəyyən ediblər ki, bu birləşmələr eyni zamanda həm karies yaradan bakteriyaların artımını boğur, həm də diş toxumalarının parçalanmasını ləngidir.

Tədqiqat zamanı mütəxəssislər teaflavinlərin kariesin inkişafında əsas rol oynayan Streptococcus mutans bakteriyasına, həmçinin kollagenin parçalanmasında və dentinin zəifləməsində iştirak edən MMP-9 fermentinə təsirini öyrəniblər. Eksperimentlər göstərib ki, teaflavinlər dişlərin səthində bakterial təbəqələrin yaranmasını pozur və MMP-9-un aktivliyini effektiv şəkildə yatırır.

Təsir mexanizminin analizi üzə çıxarıb ki, teaflavin molekulları birbaşa fermentlə birləşir və onun məkan strukturunu dəyişir, nəticədə ferment öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Bu zaman ən güclü qoruyucu effekt daha mürəkkəb kimyəvi quruluşa malik teaflavinlərdə müşahidə olunub.

Seçilən
37
10
publika.az

10Mənbələr