AZ

Ən çox mis hansı ölkədə istehsal olunur?

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mis hasilatı üzrə qlobal reallıq son 25 il ərzində ciddi şəkildə dəyişib. Bu barədə ABŞ Geoloji Xidmətinin 2000-2024-cü illəri əhatə edən statistik məlumatlarında bildirilir.

Reyting.az xəbər verir ki, mis hasilatı ilə bağlı müasir dünya iqtisadiyyatının yeni mənzərəsini formalaşdıran, bu sahədə artıq liderə çevrilən Asiya nəhəngi Çinin adı infoqrafikada əsas artımın Çinlə əlaqəli regionlarda qeydə alındığını göstərir.

Ənənəvi istehsalçılardan sayılan Çili, ABŞ və Kanadada hasilat əsasən sabit qalsa da, Konqo Demokratik Respublikasındakı mis istehsalı demək olar ki, sıfırdan 3,3 milyon tona qədər yüksəlib. Həmçinin bu sıçrayış xüsusilə, Çin dövlətinin dəstəklədiyi bir çox şirkətlərin fəaliyyəti ilə əlaqələndirilir.

Ekspertlərin sözlərinə görə, ümumiyyətlə, Çində mis hasilatı çox yüksək sürətlə dəyişib. Bu ölkədə mis hasilatı 2000-ci ildə 510 min ton olduğu halda, 2024-cü ildə yüksəlib və ölkə üzrə mis hasilatı təxminən 1,8 milyon tona çatıb. Bununla belə, Çin son zamanlar geriləyir və dünya liderliyi rəqabətində mis hasilatının həcminə görə, Çilidən və Perudan cüzi fərqlə geri qalır. Peru isə bu sahədə istehsalını 530 min tondan 2,6 milyon tona yüksəltməklə, liderlər sırasında yer alıb.

Rusiya Federasiyası mis hasilatı üzrə bu qlobal reytinqdə 7-ci yerdə qərar tutub.

Rusiya dövləti mövcud vəziyyətdə belə bu sahəyə diqqət artırmağı bacarıb və ölkədə mis istehsalı son illərdə 520 min tondan 930 min tona qədər artıb.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
reyting.az

1Mənbələr