AZ

"Qalatasaray" "Zirə"yə keçən futbolçuya görə təzminat tələb edə bilər - 10 milyon avro

BAKI, 11 fevral. TELEQRAF

Ukraynanın "Veres" klubu "Zirə" ilə müqavilə bağlayan türkiyəli futbolçu Eren Aydınla bağlı ciddi problemlərlə üzləşib.

Teleqraf jurnalist İqor Burbasa istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun klubdan ayrılmaq istəyi tərəflər arasında münaqişəyə səbəb olub.

Jurnalistin bildirdiyinə görə, "Veres" futbolçu üçün Portuqaliya və Türkiyədən gələn təklifləri az olduğu üçün rədd edib. Bu vəziyyət isə oyunçunun satışından pay almalı olan "Qalatasaray" rəhbərliyini qəzəbləndirib.

"Qalatasaray" hətta məhkəməyə müraciət edib "Veres"dən təzminat tələb edə bilər. Onlar 10 milyon avrodan danışırlar - mən belə rəqəmləri də eşitmişəm. Aydının artıq "Zirə" keçdiyi barədə rəsmi məlumat var. Necə olduğu bəlli deyil. Guya icarəyə verilib, baxmayaraq ki, ona sənədlərini verməyiblər", - deyə Burbas özünün "BurBuzz" YouTube kanalında deyib.

Xatırladaq ki, Eren Aydın 2025-ci ilin payızında "Qalatasaray"dan "Veres"ə transfer olunub. Türkiyəli oyunçu bir neçə gün öncə "Zirə" ilə müqavilə bağlayıb.

Seçilən
9
3
teleqraf.com

4Mənbələr