Azərbaycanla danışıqlar sülhün dönməz hala gəldiyi nöqtəyə yaxınlaşır.
Herbiand.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.
"Əbu-Dabidəki görüşdən sonra hamımız qeyd etdik ki, sülhün dönməz hala gəldiyi nöqtəyə yaxınlaşırıq".
Paşinyan həmçinin 4 fevralda özünün və Azərbaycan Prezidentinin aldığı Zayed Mükafatının əhəmiyyətinə toxunub. "Təsəvvür edə bilərsinizmi ki, iki ölkə lideri belə bir nüfuzlu mükafatı, İslam və Xristian dünyasının iki çox nüfuzlu lideri tərəfindən təsis edilmiş mükafatı, sülhün bərqərar olmasına görə mükafat alırlar ki, bu da sülh siyasətinin və strategiyasının təsdiqidir".