ABŞ hökuməti İranın neftini daşıyan tankerləri ələ keçirməyi nəzərdən keçirir, ancaq bunun nəticələrindən ehtiyat edir.
Sitat.info xəbər verir ki, bununla bağlı, “The Wall Street Journal” mənbələrə istinadən xəbər verir.
Məlumata görə, bu variant Ağ Ev tərəfindən İranı nüvə proqramını məhdudlaşdıran yeni saziş imzalamağa məcbur etmək üçün müzakirə olunan bir neçə seçimdən biridir. Ancaq bu addım ciddi müqavimətlə üzləşir və riskləri vardır.
Rəsmilər hesab edirlər ki, tankerlərin ələ keçirilməsi Tehranın qisas tədbirlərinə səbəb ola bilər. İran ABŞ-nin bölgədəki müttəfiqlərinə məxsus neft tankerlərinə qarşı əməliyyatlar apara və ya strateji əhəmiyyətə malik Hörmüz boğazında neft nəqli üçün vacib enerji şəbəkəsinə müdaxilə edə bilər. Bu boğazdan dünya neft tədarükünün təxminən 25%-i keçir və bu bölgədə hər hansı gərginlik qlobal neft qiymətlərində kəskin artıma səbəb ola bilər.
Tehran,
Sitat.info