AZ

EIA "Brent" markalı neftin qiymətlərinin dinamikası ilə bağlı 2026-2027-ci illər üzrə proqnozunu verib

Bakı.Trend:

“Brent” markalı neftin orta qiyməti yanvar ayında bir barrelüçün 67 dollar təşkil edib ki, bu 2025-ci ilin sentyabr ayındanbəri ən yüksək göstərici sayılır.

Bu barədə TrendEnerji İnformasiyası İdarəsinə (EIA) istinadən xəbər verir.

Bildirilir ki, qiymət artımı əlverişsiz hava şəraiti səbəbindənqlobal neft tədarükündə yaranmış fasilələr, həmçinin İran ətrafındagərginliyin artması ilə əlaqədar olub ki, bu da bazara əlavə təzyiqgöstərib.

“Bu qısamüddətli amillərə baxmayaraq, 2026-cı ildə neftqiymətlərinin azalacağını gözləyirik. Belə ki, qlobal istehsalqlobal tələbi üstələyəcək və bu da neft ehtiyatlarının artmasınagətirib çıxaracaq. Proqnozlara görə, qlobal ehtiyatlar 2027-ci ildədə artmaqda davam edəcək.

Proqnozumuza əsasən, Brent markalı neftin orta qiyməti 2026-cıildə bir barel üçün 58 ABŞ dolları, 2027-ci ildə isə 53 ABŞ dollarıtəşkil edəcək”, – EIA qeyd edir.

Qeyd edək ki, EIA-nın 2026-cı ilin yanvar ayı üzrə qısamüddətlienerji proqnozuna əsasən, Azərbaycanda neft və digər mayekarbohidrogenlərin hasilatının 2026 və 2027-ci illərdə orta hesablagünə 0,54 milyon barel təşkil edəcəyi gözlənilir.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr