AZ

EIA dünya üzrə gündəlik neft hasilatı proqnozunu açıqladı

BAKI, 11 fevral. TELEQRAF

ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EIA) 2026-2027-ci illər üçün dünya üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı ilə bağlı proqnozunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Administrasiya 2026-cı ildə dünyada gündəlik neft hasilatının orta hesabla 107.85 milyon barel səviyyəsində olacağını proqnozlaşdırıb.

EİA-nın proqnozuna görə, 2027-ci ildə dünyada xam neft hasilatı orta hesabla 108.75 milyon barel/gün olacaq.

Bu il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələri üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 2026-cı ildə 34,29 milyon, 2027-ci ildə isə 34.63 milyon olacaq. Bu göstərici OPEC+ ölkələri üzrə 2026-cı ildə gündəlik 44.80 milyon, 2027-ci ildə isə 45.04 milyon barel təşkil edəcək.

Qeyd edək ki, administrasiya 2025-ci ildə neft və digər maye karbohidrogenlərin dünya üzrə hasilatının gündəlik 106.29 milyon barel səviyyəsində olduğunu qeyd edib.

Seçilən
38
teleqraf.com

1Mənbələr