Meksika Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun ilk təsis iclası keçirilib.
Bu barədə "Report" Azərbaycanın Meksikadakı səfirliyinə istinadən xəbər verir.
"Bu qrupun yaradılması iki ölkə arasında parlamentlərarası münasibətlərin və əməkdaşlığın inkişafına yeni təkan verəcək", - bəyanatda bildirilib.
İclasda Milli Məclisin deputatları Səməd Seyidov, Jalə Əliyeva və Sevinc Fətəliyeva, Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev, Meksika-Azərbaycan dostluq qrupunun sədri Dulse Mariya Korina Vilyeqas, Deputatlar Palatasının üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov, Azərbaycan–Meksika Parlamentlərarası İşçi Qrupunun sədri, deputat Jalə Əliyeva və həmin qrupun üzvü, deputat Sevinc Fətəliyevanın,… pic.twitter.com/f8grkloGij
— Embajada de la República de Azerbaiyán en México (@AzEmbMex) February 11, 2026